"Neftçi" onunla müqavilə bağladı

"Neftçi" daha bir transfer reallaşdırıb. Sportline.az xəbər verir ki paytaxt təmsilçisi Elnur Cəfərovla müqavilə başlayıb. 20 yaşlı yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir. Qeyd edək ki, Cəfərov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdü. Onun son klubu Xorvatiyanın aşağı liqa təmsilçisi “Duqopolye” olub.