"Neftçi" oyundan niyə imtina etdi?
"Neftçi" bu gün bir araya gələrək, məşqləri bərpa edib.
Sportline.az xəbər verir ki, klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, "ağ-qaralar" fasilə dönəmində yoxlama matçı keçirməyəcək. Məşqçilər korpusu bunu heyət üzvlərinin hamısının düşərgədə olmaması ilə əsaslandırıb.
"Neftçi"nin futbolçularından Emin Mahmudov, Sabir Buqrin, Mamadu Kane əsas milli komandaların, İsmayıl Zülfüqarlı, Asim Əlizadə, Fərid Yusifli, Vüsal Əsgərov və Mert Çelik U-21-in düşərgəsindədir.