"Neftçi" "Şalke" ilə görüşəcək
Avstriyada təlim-məşq toplanışına yollanacaq “Neftçi” yoxlama görüşlərində qarşılaşacağı komandalardan biri Almaniya klubu olacaq. Sportline.az xəbər verir ki, söhbət “Şalke”dən gedir. Almaniya mətbuatında yayılan xəbərlər bunu təsdiqləyir. Oyunun iyulun 26-da Noykirhendə baş tutacağı bildirilir.