"Neftçi" - "Kəpəz" oyununda sükut pozulmadı
Bu gün Topaz Premyer Liqasında 19-cu tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Son turlar inamlı təsir bağışlayan "Neftçi" yaxşı günlər keçirməyən "Kəpəz"i qəbul edəcək. Qonşu pillələrdə qərarlaşan komandaların dueli gərgin mübarizə vəd edir.
18 fevral 2017
TPL, 19-cu tur
“Neftçi” – “Kəpəz” - 0:0
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Kərim Ağayev
8-ci km qəsəbə stadionu
İlk 2 dövrədəki oyunlar: 2:0, 0:2
Standings provided by Sofascore LiveScore