"Neftçi" zədələri futbolçular barədə məlumat yaydı
"Neftçi”nin zədədən əziyyət çəkən iki futbolçusu – Elşən Abdullayev və Fəhmin Muradbəylinin hazırkı durumu bəlli olub. SportLine.az xəbər verir ki, klubun rəsmi saytında "Tibbi-Bərpa Mərkəzi"nin məlumatı yerləşdirilib.
Elşən Abdullayev müalicəsini davam etdirir. Onun komanda ilə məşqlərə nə vaxt qatılacağı hələ ki, dəqiqləşməyib.
Fəhmin Muradbəyli isə pəncəsindəki zədə səbəbindən təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacaq.