"Zirə" qalib gəldi
Bu gün Topaz Premyer Liqasında 2-ci tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha bir qarşılaşma keçirilib. "Neftçi" "Zirə"ni qəbul edib.
İlk turu qələbə ilə bitirən "ağ-qaralar" doğma azarkeşlər önündə debüt matçında uğuru təkrarlamaq niyyətində olsalar da, "Zirə" minimal hesablı qələbəyə sevinib.
14 avqust 2016
TPL, 2-ci tur
"Neftçi" - "Zirə" - 0:1
QOL: Məqsəd İsayev, 43 (0:1)
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Rahil Ramazanov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rövşən Əhmədov
8-ci km qəsəbə stadionu