"Neftçi"də ayrılıq
"Neftçi" klubu futbolçusu Kamal Qurbanovla yolları ayırıb.
SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, "Neftçi" buna qədər Cavid İmamverdiyev, Murad Ağayev, Jairo Rodriges və Maksim Vaylo ilə də yolları ayırıb.