"Neftçi"də braziliyalı hücumçu
"Neftçi" nəhayət, çoxdan axtarışda olduğu hücumçu transferini gerçəkləşdirmək üzrədir.
Sportline.az xəbər verir ki, "ağ-qaralar" son komandası "Brasil de Pelotas" klubu olan Ramon Maçado ilə anlaşma əldə edib.
Klubun mətbuat xidmətindən Fanat.az-a verilən məlumata görə, 30 yaşlı hücumçu artıq Bakıdadır və bu saatlarda tibbi baxışdan keçiriləcək. Bundan sonra azad agent statusu daşıyan oyunçu ilə 2 illik müqavilə bağlanacağı gözlənilir.