"Neftçi"də koronavirus həyəcanı

"Neftçi"nin futbolçusu Huqo Basto koronavirusa yoluxub.

Sportline.az  xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Finlandiyada HİK-ə qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

O, 28 yaşlı müdafiəçinin testinin 8 gün əvvəl müsbət çıxdığını bildirib.

Abasov Bastonun həmin vaxtdan sonra təcrid edildiyini bildirib.