"Neftçi"də yeni məşqçi

"Neftçi” futbol klubunun qapıçılar üzrə məşqçisi vəzifəsinə yeni təyinat olub. Sportline.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəni Rauf Salamov yerinə yetirəcək. 

49 yaşlı mütəxəssis ailəvi səbəblərdən postunu tərk edərək, Rusiyanın paytaxtı Moskvaya yollanan Dmitri Kramarenkonu əvəzləyib. R.Salamov 1994 - 1996, 1998 - 1999-cu illərdə "Neftçi”də çıxış edib. Salamov bu müddət ərzində ölkə çempionatının (1996), kubokunun (1995, 1996) və Superkubokunun (1995) qalibi olub.