"Neftçi"nin Avropa Liqasındakı potensial rəqibi

Avropa Liqasında (AL) III təsnifat mərhələsinin püşkü atılıb.

Sportline.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycan çempionu "Neftçi"nin də potensial rəqibi bəlli olub.

"Ağ-qaralar" Çempionlar Liqasının II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"una uduzsa, AL-in III raundunda "Malmö" (İsveç) / HİK (Finlandiya) cütünün məğlubu ilə qarşılaşacaq.