“Neftçi”nin bombardiri

“Neftçi” növbəti video-roliki yayımlayıb. SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, İqnasio Erreranın ardından hücumçu Daniel Seqoviyanın ötən mövsümdəki çıxışı videoda öz əksini tapıb.

Bu ilin yanvarından "Neftçi”də forma geyinən Daniel Seqoviya 15 oyunda 5 qola imza atıb. İspan hücumçu həm də ötən mövsüm komandanın heyətində ən çox fərqlənən futbolçu olub.