"Neftçi"nin futbolçusunun cəzası açıqlandı

AFFA İntizam Komitəsi "Neftçi" klubunun futbolçusu Derlis Meza Kollini 1 oyunluq cəzalandırıb. 

Sportline.az xəbər verir ki, buna 29 yaşlı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının VIII turunda "Səbail" ilə səfər oyunu zamanı ikinci sarı vərəqə alması səbəb olub. 

85-ci dəqiqədə meydandan kənarlaşdırılmış Meza Kolli həm də klubunu 200 manat ziyana salıb. 

Qeyd edək ki, "Neftçi" Premyer Liqanın IX turunda Gəncədə "Kəpəz"lə üz-üzə gələcək. Oktyabrın 21-də keçiriləcək görüş saat 15:30-da başlayacaq.