"Neftçi"nin kapitanı: "HİK-ə qalib gəlmək istəyirik"
"Baş məşqçinin rəqib haqqındakı fikirləri ilə razıyam".
Sportline.az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov Bakıda Finlandiya HİK-inə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
29 yaşlı futbolçu bildirib ki, rəqib fiziki baxımdan daha yaxşı olsa da, meydan amili "ağ-qaralar"ın tərəfindədir: "Evdə oynayırıq. Samir müəllimin tapşırıqlarını yerinə yetirərək, qalib gəlmək istəyirik".
Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - HİK matçı saat 21:00-da başlayacaq. Cavab görüşü avqustun 12-də Helsinkidə olacaq.