“Neftçi”nin mövsümə hazırlığı yüksək səviyyədə keçib"
“Neftçi” komandasının mövsümə hazırlığı yüksək səviyyədə keçib.
Sportline.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.
"Komandada vəziyyət yaxşıdır. Hazırlığımız yüksək səviyyədə keçib. Çempionatdakı təzyiqi anlayırıq. Adımız hədəfdir. Adımıza görə oynayacağıq. Bu hədəflə oynasaq, mövsümün sonunda istədiyimizə çatacağıq”, - mütəxəssis vurğulayıb.
O, heyətdə çox dəyişiklik etdiklərini söyləyib:
“Bu, təsirsiz ötüşməyəcək. Hər şeyin yaxşı olacağına inanırıq. Məncə, yaxşı və keyfiyyətli oyunçuları heyətə cəlb etmişik”.
Abasovun fikrincə, çempionatda üç komandanın Şamaxıda oynaması onları həddindən artıq narahat edir.
O, transfer işlərinin hələ də davam etdiyini, bütün mövqelərdə rəqabətin olduğunu vurğulayıb.
Baş məşqçi bəzi oyunçuları heyətə cəlb etmək istədiklərini, lakin keçidin alınmadığını etiraf edib:
“Bu, bizdən asılı olan məsələlər deyil”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək. “Neftçi” avqustun 16-da, saat 20:00-da “Şamaxı”nı qəbul edəcək.