"Neftçi"nin rəqibində son durum

 

Yunanıstanın "Olimpiakos" klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin "Neftçi"yə qarşı keçirəcəyi cavab oyununa hazırlığı başa vurub.

Sportline.az xəbər verir ki, Pireydə təşkil olunan ilk oyunda qırmızı vərəqə ilə cəzalandırılan Məhəmməd Kamara və zədəli Tikinyo ilə Kostas Fortunis cavab görüşündə iştirak etməyəcək. Yan M Vila isə hələ ötən həftə siyahıdan çıxarılıb.

Yussef əl-Ərabi, Sokratis Papastatopulos və zədəli Andreas Buxalakis, Tanasis Andrutsos və Oleq Ryabçukun durumu haqda tam məlumat verilmir.

Əl-Ərabi ilk matçdan əvvəl koronavirusa yoluxub, Papastatopulos isə onunla təmasda olduğundan karantinə alınmışdı.

Qeyd edək ki, iyulun 28-də Bakıda keçiriləcək "Neftçi" - "Olimpiakos" görüşü saat 21-də başlanacaq. Yunanıstandakı oyunda "Neftçi" 0:1 hesabı ilə uduzmuşdu.