"Neftçi"nin rəqibində yeni müqavilə

"Neftçi"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi - HİK baş məşqçisi Toni Koskela ilə yeni müqavilə imzalayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssislə müqavilənin müddəti 2023-cü ilin yayına kimi uzadılıb.

Qeyd edək ki, Toni Koskela 2019-cu ilin mayından Helsinki təmsilçisini çalışdırır.

Xatırladaq ki, avqustun 12-də keçiriləcək HİK - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk görüş 2:2 hesabı ilə başa çatıb.