"Sumqayıt" "Neftçi"ni xalsız qoydu
Bu gün Topaz Premyer Liqasında 24-cü turun görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə olacaq.
Avrokuboklar uğrunda mübarizə aparan "Sumqayıt" və "Neftçi" birincilərin meydanında üz-üzə gələcək.
Son 4 turda xal üzünə həsrət qalan Samir Abasovun yetirmələri uğursuz seriyanı qırmaq əzmindədir. "Ağ-qaralar" isə ardıcıl 3-cü qələbə üçün meydana çıxacaqlar.
02 aprel 2017
TPL, 24-cü tur
“Sumqayıt” – “Neftçi” - 2:0
QOLLAR: Bəxtiyar Həsənalızadə, 60 (1:0); Amil Yunanov, 63 (2:0)
İlk 3 dövrədəki oyunlar: 2:1, 2:0, 0:1
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Cəmil quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
Sumqayıt şəhər stadionu
Standings provided by Sofascore LiveScore