Nəhəng klublar Asensio ilə maraqlanır
Bir neçə Avropa klubu “Real”ın 22 yaşlı mərkəz müdafiəçisi Raul Asensioya maraq göstərir.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, PSJ son transfer dönəmində ispan futbolçunu heyətinə qatmağa çalışıb.
Lakin “Real”ın Asensionu satmaq niyyətində olmadığı bildirilir.
Bundan əlavə, "Mançester Yunayted", "Çelsi" və "Yuventus" da futbolçuya maraq göstərir. Futbolçunun özü də Madrid klubundan ayrılmaq istəmir.
Raulun müqaviləsində 50 milyon avroluq çıxış maddəsi yer alıb.
Qeyd edək ki, Asensio bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib və 2 qol ötürməsi edib.
Onun “Real”la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.