Neymar "Barselona"ya qayıdır?
"Santos"un hücumçusu Neymar yay transfer pəncərəsində Avropa klubuna qayıtmaq istəyir.
Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, braziliyalı futbolçu Avropaya qayıdıb yenidən dünyanın ən yaxşı liqalarında oynamaq istəyir. Bütün mümkün təkliflər arasında onun tərəddüd etmədən qəbul edəcəyi yeganə təklif “Barselona”dır.
Neymarın peşəkar karyerasına yenidən başlamaq üçün “Santos”a keçdiyi qeyd edilir.