"Neymar özünü Parisin kralı hesab edir"

PSJ-nin "Neymar problemi" böyüməkdədir. SportLine.az xəbər verir ki, Paris klubunun sabiq idman direktoru Leonardonun Le Journal Du Dimanche nəşrinə müsahibəsi vəziyyətin qəlizliyini bir daha göz önünə sərir.

"Meydanda hər şey qaydasında görünə bilər. "Bavariya" kimi komandanı rahatlıqla məğlub etmək olar. Amma "səhnə arxası"nda yaşananlar, futbolçuların bir-birinə münasibəti, Neymarın özünü Parisin kralı kimi aparması komandanı uçuruma sürükləyir", - deyən Leonardo, "O, heç vaxt özünü klubdan daha vacib hiss edə bilməz. Hətta, dünyanın ən yaxşısı olsa belə, PSJ onun üçün daha önəmli olmalıdır. Əks halda, Neymar heç vaxt "ən yaxşı" olmayacaq", - deyə sözlərinə əlavə edib.

Bu məsələdə klub rəhbərliyini günahlandıran mütəxəssis, oyunçular arasında balansın pozuldunu söyləyib: "Rəhbərlik futbolçuları iki hissəyə parçalayıb: Neymar və digərləri. Bu münasibət digər komanda üzvlərinin də braziliyalıya qarşı münasibətinin dəyişməsinə gətirib çıxarıb. Müvəqqəti uğurlar üçün komandanı qurban vermək olmaz".

Xatırladaq ki, Neymar ötən yay 222 milyon avro müqabilində "Barselona"dan PSJ-yə transfer edilib.