Niderland klubu Azərbaycan millisinin futbolçusunu təqdim edib
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün Niderlandın "Telstar" komandasına keçidi rəsmiləşib.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi II Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
O, ötən mövsümün ikinci yarısını da icarə əsasında sözügedən komandada keçirib.
Qeyd edək ki, Ozan Can Kökçünün son klubu "Sabah" olub.