Nkunku "Bavariya"dan təklif alıb

"Bavariya" "Çelsi"nin fransalı futbolçusu Kristofer Nkunkunu transfer etmək üçün hərəkətə keçib.

Sportline.az "Guardian" nəşrinə istinadən xəbər verir ki, Münhen klubu oyunçunun meneceri ilə bu həftə görüşəcək.

27 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avrodur.

Qeyd edək ki, Nkunku ötən mövsüm meydana çıxdığı 48 matçda 15 qol 5 asistlə yadda qalıb.