Normann: "Ronaldu mənim kumirimdir"

"Dinamo"nun (Moskva) 26 yaşlı yarımmüdafiəçisi Mattias Normann Kriştiano Ronaldu barədə danışıb.

Sportline.az xəbər verir ki, norveçli futbolçu Ronaldunu kumiri hesab edir.

"2000-ci illərdə “Mançester Yunayted”ə gələndə çox arıq idi. Həmçinin çox da yaraşıqlı deyildi. Ancaq düşünürəm ki, 3-6 ay ərzində Kriştianu avtomobilə çevrildi. Daha yaxşı və daha güclü görünməyə başladı. Mən çox çalışan, çox qol vuran, yaraşıqlı görünən, özünə inanan gənc oğlan gördüm. Onun işgüzarlığı, işə münasibəti məni onun üçün belə düşünməyə vadar etdi. Hətta ötən mövsüm “Mançester Yunayted”də futbolçulardan eşitdim ki, 36-37 yaşlarında, o, hər məşqə birinci gələn və məşqi sonuncu tərk edən olub. O yaşda milyarder olasan və karyeranda 800 qol vurasan... Bu, inanılmazdır".