Norveç millisi baş məşqçisi ilə yollarını ayırdı

DÇ-2018-in təsnifat mərhələsində Azərbaycanla eyni qrupda mübarizə aparan Norveç millisi baş məşqçi Per-Matias Hoqmo ilə yollarını ayırıb. SportLine.az xəbər verir ki, Norveç Futbol Assosiasiyası məlumat yayıb.

Onun komandanın uğursuz nəticələrinə görə vəzifəsindən uzaqlaşdırıldığı bildirilir.

Qeyd edək ki, mütəxəssis 2013-cü ildən Norveç seçməsinə rəhbərlik edirdi.