"Nottingem Forest" 24 yaşlı futbolçu ilə maraqlanır
"Nottingem Forest" "Aston Villa"nın ingiltərəli futbolçusu Ceykop Remzini heyətinə qatmağı düşünür.
Sportline.az "Tele Football"a istinadən xəbər verir ki, Birmingem klubu Remzi üçün ən azı 35 milyon avro tələb edir.
24 yaşlı futbolçunun "Aston Villa" ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Remzi ötən mövsümü 45 matçda 4 qol 5 asistlə tamamlayıb.