“Nottingem Forest”də ayrılıq gözlənilir
"Nottingem Forest"in portuqaliyalı futbolçusu Jota Silva klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, 26 yaşlı sağ cinah vingeri ilə Türkiyə klubları yaxından maraqlanır.
Bu haqda jurnalist Sercan Dikme məlumat yayıb.
Qeyd edək ki, J.Silva ötən mövsüm meydana çıxdığı 37 matçda 4 qol 2 asistlə yadda qalıb.