"Nottingem" "Real Madrid"ə elçi düşüb
"Nottingem" "Real"ın müdafiəçisi Raul Asensionu transfer etmək istəyir.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Asensio üçün "Real"a 40 milyon avro təklif edib.
21 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, ispaniyalı futbolçu bu mövsüm 31 rəsmi matça iştirak edib. Aktivində 1 məhsuldar ötürmə var.