"Nou Kamp"da qol vurmağı sevirəm"

Kriştiano Ronaldo maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, Ronaldo jurnalist Eda Aguirreyə müsahibə verərkən "Real Madrid" və "Barselona" klubları haqqında danışıb.

"Nou Kamp"da qol vurmağı "Santiaqo Bernabeu"da vurmaqdan daha çox bəyənirdim. Mən hələ meydanda isinərkən, onlar artıq, məni fitə basırdılar. Bu, mənim üçün futbolun ən gözəl hissəsidir. Onlar bilmirdi ki, mən bunda həzz alırdım", - deyə Ronaldo bildirib.