NTD "Neftçi"yə qalib gəldi

NTD komandası Azərbaycan Basketbol Liqasının XIII turunda "Neftçi"yə qalib gəlib.

Sportline.az xəbər verir ki, A qrupunun oyununda birincilər 105:100 hesablı qələbəyə seviniblər.

Bu gün B qrupunda Şəki" "Sumqayıt"la üz-üzə gələcək. Şəki Olimpiya İdman Kompleksindəki matç 14:00-da start götürəcək.

Turun əvvəlki oyunlarında "Naxçıvan" "Sərhədçi"ni 80:76, "Abşeron" isə "Sabah"ı 67:59 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.