"Nyukasl" "Aston Villa"nın futbolçusuna göz qoydu

"Nyukasl Yunayted" klubu Hüqo Ekitikeni transfer edə bilməsə, "Aston Villa"dan Uotkinsi heyətinə cəlb edəcək.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

29 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 40 milyon avrodur.

Qeyd edək ki, Uotkinsin Birmingem klubu ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.