"Nyukasl" fransalı futbolçu ilə razılaşdı
"Nyukasl Yunayted" fransalı forvard Hüqo Ekitike ilə razılıq əldə edib.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberg məlumat yayıb.
"Ayntraxt"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər olan Ekitike, "Nyukasl"ın təklifinə müsbət cavab verib.
Qeyd edək ki, 23 yaşlı hücumçu ötən mövsüm meydana çıxdığı 48 matçda 22 qol 12 asistlə yadda qalıb.