"Nyukasl Yunayted" aparıcı futbolçusu ilə yola davam edəcək
"Nyukasl Yunayted" italiyalı yarımmüdafiəçisi Sandro Tonaliyə yeni müqavilə təklif edib.
Sportline.az "The İ Paper" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu bu təklifə müsbət cavab verib.
Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Tonalinin klubla hazır ki sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.