"Nyukasl Yunayted" transfer rekordu qırmağa hazırlaşır
"Nyukasl Yunayted" bu yay heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, "Ayntraxt"ın fransalı forvardı Hüqo Ekitike "Nyukasl" transfer olmağa yaxındır.
Bu haqda futbol jurnalisti Qreymi Beyli məlumat yayıb.
"Nyukasl" Ekitike üçün 110 milyon avroluq rəsmi təklif göndərib. "Ayntraxt"ın rəhbərliyi bu təklifə müsbət cavab verib. Transferin yaxın günlərdə rəsmləşməsi gözlənilir.
Qeyd edək ki, 23 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.