"Nyukasl"ın yeni hədəfi

"Osasuna"nın futbolçusu Viktor Munyoz karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Nyukasl" ispaniyalı sol cinah vingerini heyətinə qatmaqda israrlıdır.

Bu haqda "Mirrror Football" nəşri məlumat yayıb.

Qeyd edək ki, V.Munyoz cari mövsüm meydana çıxdığı 36 matçda 7 qol, 5 asistlə yadda qalıb.