Obameyanq ən yaxşı seçildi

Afrika Futbol Konfederasiyası ötən ilin ən yaxşı futbolçusunu müəyyənləşdirib. SportLine.az xəbər verir ki, ali qurumun keçirdiyi səsvermə nəticəsində Qabon millisinin və Dortmund "Borussiya"sının hücumçusu Pyer-Emerik Obameyanq 2015-ci ilin ən yaxşı futbolçusu adına layiq görülüb. O, səsvermədə Yaya Ture ("Mançester Siti") və Andre Ayyunu ("Suonsi") qabaqlayıb.

Qeyd edək ki, bu mükafat son dörd ildə Yaya Tureyə qismət olurdu.

Banner