"Ocaq Sport"un gimnastları İstanbul turnirində

Bədii gimnastlarımız Türkiyəyə yollanıblar.

Sportline.az xəbər verir ki, “Ocaq Sport” klubunun idmançıları fevralın 28-də İstanbulda start götürəcək “Ritmika Cup” turnirində iştirak edəcəklər.

Yarışda məşqçi Alina Qontaryovanın rəhbərliyi altında Fərəh Nəsrullayeva, Cilinay Həbibli, Arina Bağırzadə, Suada İskakova, Firuzə Məmmədova, Mişel Aniskina və Nigar Məmmədzadə çıxış edəcək.

Turnirin hakimlərindən biri Nigar Quliyeva olacaq.