“Oklahoma Tander” “Atlanta”dan üstün oldu

Mövsümə iddialı başlamaq istəyən “Atlanta Houks” növbəti yoxlama matçını keçirib.

Sportline.az xəbər verir ki, “Atlanta Houks” səfərdə “Oklahoma Tander”lə qarşılaşıb. Görüş “Atlanta Houks”un 99:104 hesablı məğlubiyəti ilə yekunlaşıb.

Matçın ən məhsuldar basketbolçusu “Atlanta Houks”un oyunçusu Kobi Bufkin olub. 31 xal 3 ribaund 4 asist.

“Oklahoma”nın ən məhsuldar oyunçusu isə Osman Dinq olub. 15 xal 8 ribaund 2 asist.

Qeyd edək ki, “Atlanta Houks”un ulduz basketbolçusu Trey Yanq matçda iştirak etməyib.