"Olimpiakos" "Aris"i belə yendi
“Neftçi”nin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi Yunanıstan “Olimpiakos”u yoxlama oyunu keçirib.
Sportline.az xəbər verir ki, Pirey təmsilçisi yerli “Aris” komandası ilə üz-üzə gəlib.
Oyun “Olimpiakos”un böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Qeyd edək ki, “Neftçi” "Olimpiakos"la ilk matçını iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.