"Olimpiakos" Bakıya itkilərlə gəlib

Yunanıstanın "Olimpiakos" klubu "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya gəlib.

Sportline.az xəbər verir ki, Pedro Martinsin baş məşqçilik etdiyi komanda ötən gün axşam saatlarında Azərbaycana çatıb.

Afina təmsilçisinin heyətində Andreas Buxalakis, Oleq Ryabçuk, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Tikinyo, Agibu Kamara, Yan M Vila və Eqmundur Kristinsson zədə, Məhəmməd Kamara cəza üzündən yer almayıb. "Ağ-qaralar"dan isə Namik Ələskərov zədəli, Mert Çelik cəzalıdır.

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 21:00-da başlayacaq. "Ağ-qaralar" ilk matçda minimal hesabla uduzub - 0:1.