"Olimpiakos" "Beşiktaş"ın futbolçusunu transfer edir
"Neftçi"nin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi - "Olimpiakos" yeni transferə hazırlaşır.
Sportline.az xəbər verir ki, söhbət "Beşiktaş"ın hücumameylli yarımmüdafiəçisi Jorj - Kevin Nkududan gedir.
Məlumata görə, fransalı vinger baş məşqçi Pedro Martinsin komandada ən çox görmək istədiyi oyunçulardandır. Tərəflər arasında danışıqların davam etdiyi bildirilib.
Qeyd edək ki, "Olimpiakos" və "Neftçi" arasında ilk oyun iyulun 21-də Yunanıstanda, cavab matçı isə 1 həftə sonra Azərbaycanda olacaq.