"Olimpiakos" "Neftçi" ilə oyunun hazırlıqlarını tamamladı

Yunanıstanın "Olimpiakos" komandası "Neftçi"yə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu öncəsi son məşqə çıxıb.

Sportline.az yerli mətbuata istinadən xəbər verir ki, Pirey təmsilçisinin hazırlıq prosesi "Georgios Karaiskakis" stadionunda baş tutub. Məşqdə ilk matçdan öncə koronavirusa yoluxmuş mərakeşli hücumçu Yussef əl-Ərabi də iştirak edib. Lakin onun ikinci qarşılaşmada meydana çıxıb-çıxmayacağı dəqiq deyil.

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" minimal hesabla uduzub.