Olimpiya festivalı: Bir cüdoçumuz finalda, digəri fəxri kürsüdə

Cüdoçumuz Hüseyn Məmmədov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) finala yüksəlib. 

Sportline.az xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda moldovalı Alin Baqrini ipponla məğlub edib. O, qızıl medal uğrunda görüşdə Axmed Maqomadov (Rusiya) - Jan Karletti (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək. 

81 kq-da yarışan Məhərrəm İmamverdiyev isə, bürünc medal uğrunda görüşdə israilli İftaç Badaşa qalib gələrək fəxrü kürsüyə qalxıb.