Olimpiya oyunları təxirə salına bilər

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax koronavirus pandemiyasına görə Tokio Yay Olimpiya oyunlarının təxirə salınma ehtimalından danışıb. 

Sportline.az xəbər verir ki, o, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini izləyəcəklərini bildirib: " Olimpiadanın təsnifat yarışları ilə bağlı problemləri unutmaq olmaz. Bəzi idman növlərində onlar əvvəlki kimi başa çatmayıb, deməli, təhdid altındadırlar. Biz belə şərtlərdə problemlərə son dərəcə çevik reaksiya verməyə məcburuq”, - deyə o bildirib.

Tomas Bax qeyd edib ki, 24 iyulda Olimpiya oyunlarının təntənəli açılış mərasiminin keçiriləcəyinə ümid edir. “Bizim dörd ay yarım vaxtımız var və onlardan istifadə etmək niyyətindəyik ki, oyunlar problemsiz keçsin"

Qeyd edək ki, Yay Olimpiya oyunları 24 iyul - 9 avqust tarixlərinə təyin olunub.