Oliver Kann: “Florian Virtsin “Liverpul”a niyə transfer olduğunu anlayıram”
"Bavariya" və Almaniya millisinin sabiq qapıçısı Oliver Kann maraqlı açıqlaması ilə gündəmə gəlib.
Sportline.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Kann jurnalistlərə müsahibəsində bu fikirləri səsləndirib;
"Bundesliqa hələ də Avropada önəmli rol oynayan bir liqa deyil. Dünyanın dörd bir yanındakı insanlarla danışıram. Bundesliqa, İtaliya A Seriyası və Fransa Liqa 1 arasında fərq görmürlər. Premyer liqa və La Liqa daha ön plandadır. Buna görə də Florian Virtsin niyə "Liverpul"a getdiyini anlayıram. Bu gerçəyi qəbul edib bir şeylər etməliyik", - deyə O.Kann bildirib.