"Ordu" klubunda yeni oyunçu

“Ordu” basketbol komandası heyətinə yeni oyunçu cəlb edib.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda Marcale Lottsla müqavilə imzalayıb.

31 yaşlı ABŞ-li basketbolçu 203 sm boya malikdir.