Orkun "Beşiktaş"a transfer olmağı arzulayır
"Benfika" ilə münasibətləri soyuyan türkiyəli futbolçu Orkun Kökçü bu yay klubdan ayrılmaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi "Beşiktaş"a transfer olmaq niyyətindədir.
Bu haqda insayder Yağız Sabuncuoğlu öz "X" hesabında paylaşım edib.
Orkun Kökçünün "Benfika" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, təcrübəli futbolçu ötən mövsümü 55 matçda 12 qol 10 asistlə tamamlayıb.