Orkun Kökçü “Beşiktaş”a transfer olacaq
"Benfika"nın türkiyəli futbolçusu Orkun Kökçü karyerasını "Beşiktaş"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
İstanbul klubu 24 yaşlı futbolçu üçün 25+5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Kökçü ötən mövsüm meydana çıxdığı 55 matçda 12 qol 10 məhsuldar ötürmə müəllifi olub.