Orxan Sadıqlı “Xәzәr Lәnkәran”a qayıtdı

“Xəzər Lənkəran”la yollarını ayıran Orxan Sadıqlının bir neçə gündür ki, “Rəvan”la məşq etdiyi barədə məlumat yayılmışdı. 

SportLine.az xəbər verir ki, “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov sportal.az-a açıqlamasında Sadıqlının dünən komandanın düşərgəsini tərk etdiyini və yenidən “Xəzər Lənkəran”a qayıtdığını bildirib: “Orxan Sadıqlı iki gün idi ki, bizimlə məşq edirdi. Dünən mənə zəng edərək halallıq istədi və yenidən “Xəzər Lənkəran”a qayıtmaq istədiyini bildirdi. Biz də bunu anlayışla qarşılayıb futbolçu ilə sağollaşdıq”.

Banner