Oyun vaxtı pivə içdi, qol vurdu

Bolqarıstan çempionatının pley-off mərhələsi çərçivəsində keçirilən "Vereya" və "Levski" komandalarının görüşündə maraqlı hadisə yaşanıb. SportLine.az xəbər verir ki, birincilərin futbolçusu İvan Bandalovski oyun vaxtı azarkeşlər tərəfindən atılan pivəni içib. Bu, futbolçunun oyununa müsbət təsirini göstərib və İ.Bandalovski 90+3-cü dəqiqədə fərqlənməklə vəziyyətə tarazlıq gətirib - 1:1.

Qeyd edək ki, oyun penatlilər seriyası isə "Levski"nin 10:9 hesablı qələbəsi ilə yekunlaşıb.